Cümə , Aprel 26 2024
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Səid Minayini mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim bazar ertəsi azərbaycanlı milli fəal, jurnalist və “Milli düşüncə” telegram kanalının müdiri Səid Minayini Marağada yerləşən rejimin məhkəməsinin 103-cü şöbəsində mühakimə etdi.

Azərbaycanlı fəal Azərbaycanın milli mənafeyinə qarşı yazılmış Əsğər Məhəmmədzadənin kitabını “Araz Marağalı” təxəllüsü ilə tənqid etdiyi üçün həmin şəxsin saxta şikayəti əsasında mühakimə edilib. Rejimin əlinə bəhanə düşdüyü üçün fəala qarşı müxtəlif saxta ittihamlar irəli sürülüb.

Azərbaycanlı fəallar isə Səid Minayini tək qoymamış və onunla birlikdə məhkəmə iclasına qatılmışlar.

Həmçinin yoxlayın

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …

Bir cavab yazın