Cümə axşamı , Mart 21 2019
azfa

İrqçi fars rejimin təhsil nazirinin irqçi bəyanatına etirazlar davam edir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimin təhsil naziri Məhəmməd Bəthainin irqçi bəyanatına Güney Azərbaycanda yerli rəsmilər və millət vəkillərinin etirazları davam edir.

Təbrizin millət vəkilləri Məhəmməd İsmail Səidi, Zəhra Sai və Məhəmməd Hüseyn Fərhəngi də bu irqçi bəyanata münasibət bildirərək, nazirin açıqlamasını əsassız adlandırıb və Azərbaycan türkcəsinin tədrisinə başlanılmasını tələb ediblər.

Təbriz, Azərşəhr və Üskünün məclisdəki millət vəkili Məhəmməd İsmail Səidi deyib: “Bizim ölkəmizdə müxtəlif etniklər yaşayır. Onlar əsrlər boyu birlikdə yaşayıblar. Lakin bu birlik o zamanadək davam edə bilər ki, bütün qövmlərin kimliyi qorunub saxlanılsın. Bu zəmində hər hansı yanlışlığa yol vermək olmaz. Bu sözlərin təhsil nazirinə aid olmadığına ümid edirəm. Bizim ondan başqa gözləntimiz var. Amma nazir bu sözləri deyibsə, o zaman sözünü geri almalıdır. Şübhəsiz ki, digər millət vəkilləri də bu məsələyə münasibət bildirəcəklər. Bu işlər belə davam edə bilməz”.

Təbrizin digər millət vəkili Zəhra Sai isə deyib: “Əhalinin əsas tələblərindən biri ana dilinin tədris olunmasıdır. Biz bunu dəfələrlə gündəmə gətirmişik. Bu məsələ ölkə konstitusiyasının 15 və 19-cu maddələrində də öz əksini tapıb. Hər millətin kimliyi onun ana dili ilə formalaşır. Kimsə bunu əhəmiyyətsiz bir məsələ kimi qələmə verə bilməz. Ölkədə yaşayan bütün qövmlər bizim zənginliyimizdir, bu qövmlərin dərin mədəniyyətləri var. Türk dili olduqca zəngin və fəsahətli dildir, bu dil mütləq qorunub saxlanılmalıdır. Hesab edirəm ki, Bəthayinin qırmızı xətti heç bir əhəmiyyət kəsb etmir. Bizim qırmızı xəttimiz ölkə konstitusiyasıdır. Lakin görünür ki, hörmətli naziri bu çiy sözləri ilə konstitusiyanı da görməzdən gəlir”.

Təbriz, Azərşəhr və Üskünün millət vəkili Məhəmməd Hüseyn Fərhəngi isə deyib: “Təhsil Nazirliyi ana dilinin məktəblərdə tədris olunmasına qadağa qoya bilməz. Ona görə ki, bu qərar konstitusiyanın 15-ci maddəsinə zidd olar. Türk dilinin  məktəblərdə tədris olunması və türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması əhalinin əsas tələblərindən biridir. Prezident Həsən Ruhani də bu iki tələbin təmin edilməsi haqda vəd vermişdir, lakin təəssüflər olsun ki, 6 ildir verilən vəd yerinə yetirilmir”.

Qeyd edək ki, iyulun 14-də irqçi fars rejimin təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin yasaq olduğunu bildirib. Nazir məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb.

 

 

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus dr.Lətif Həsəni 3 günlük məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 6 fevral 2013-cü ildən həbsdə olan Güney Azərbaycanlı …

Azərvaycanlı fəallar Güney Azərbaycanda bayramlıq üçün türkcə kitablar payladılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərvaycanlı milli-mədəni fəallar Güney Azərbaycanın müxtəlif şəhərlərində Yenigün-Novruz …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir