Çərşənbə , Yanvar 23 2019
azfa

İsrailin sabiq naziri irqçi fars rejimə casusuluqda ittiham olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrailin sabiq energetika naziri Qonen Segyev irqçi fars rejimin xeyrinə casusluq etdiyinə dair ittihamı qəbul edib.

Q.Segyev məhkəməyə qədər istintaqla razılaşdırılmış müqavilə imzalayıb. Həmin ittihama görə onu 11 il həbs cəzası gözləyir. Məhkəmə bu sazişi fevral ayında təsdiq edəcək. Araşdırmalara görə, sabiq nazir 2012-ci ildə İranın Nigeriyadakı səfirliyində işləmək adı ilə kəşfiyyat fəaliyyəti göstərən zabiti tərəfindən ələ alınıb. İsrail vətəndaşlarının İrana daxil olması qadağan edilməsinə baxmayaraq, Q.Segyev ələ alındıqdan sonra iki dəfə İrana səfər edib. İran kəşfiyyatının kuratorlarının tələb etdiyi məlumatları əldə etmək üçün Qonen Segyev İsrail rəsmiləri ilə məlumatları davam etdirib.

“Ediot axronot” qəzetinin yazdığına görə, xüsusi xidmət orqanları sabiq nazirin ona lazım olan mühüm məlumatları əldə edə bilmədiyini təsdiq edib. Xatırladaq ki, Segyev 1992-ci ildə İsrail Knessetinin deputatı seçilib. 1995-ci ildə isə o, İshak Rabin hökumətində energetika naziri vəzifəsini tutub. O, 2003-cü ildə o, bank fırıldaqçılığında ittiham edilərək 3 ay müddətinə həbs cəzasına məhkum edilib. Segyev 2004-ci ildə İsrailə 32 min həb ekstazi keçirməyə cəhd göstərdiyinə görə həbs edilib. O, diplomatik pasportun köməyi ilə qaçmağa nail olsa da 2005-ci ildə saxlanılıb və 5 il müddətinə həbs cəzası alıb. Sabiq nazir 2007-ci ildə azadlığa buraxılıb.

Həmçinin yoxlayın

İrqçi fars rejim ərəblərin ərazisində yüksək keyfiyyətli neft ehtiyatı aşkarladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim ərəblərin yaşadığı ərazidə yüksək keyfiyyətli …

Türkiyə yerin orbitinə yeni peyk buraxacaq

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə yerin orbitinə yeni peyk buraxacaq. Bu layihə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir