Cümə , Aprel 26 2024
azfa

Kürdlərin Azərbaycana köçüb məskunlaşmasını sübut edən daha iki sənədli film- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 1988-ci il bu günlərdə yüz minlərlə İraq kürdü Səddam Hüseynin bombardumanlarından canını götürüb Güney Azərbaycana qaçdılar. İndi isə həmin kürdlər onların həyatını qurtaran azərbaycanlıların vətəninə iddiası irəli sürürlər. Dünənki qonaqlar bu gün ev sahiblərini qovmaq və soyqırıma məruz qoymaq istəyir. Üstəlik onlar irqçi fars rejiminin əlində alətə çevrilərək Azərbaycanın məhvinə çalışırlar.

Lakin kimsəyə sirr deyildir ki, təkcə Qərbi Azərbaycan vilayəti deyil, İran adlanan ərazidə inzibati ərazi kimi formalaşdırılan saxta Kürdüstan vilayəti və Kermanşah vilayətində də 400 il öncəyə nəzər salsaq kürddən əsər-əlamət görmərik. Belə ki, hətta son 100 ildə bu vilayətlərinin yer adları və toponimlərinin çoxunun kürdləşdirilməsinə baxmayaraq, hələ də həmin regionda toponim və yer adlarının 70-80 faizi türk mənşəlidir.

Həmçinin orta əsr mənbələrində də indiki Kürdüstan və Kermanşah vilayətləri, həmçinin Dəclə və Fərat çayları sahilinədək bir sıra ərazilər də Azərbaycan ərazisi təqdim edilmişdir.

Son 300-400 ildə kürdlərin Azərbaycana kütləvi və ya tədrici köçü ilə yanaşı müasir dövrdə pəhləvi rejimi zamanı və İslam Respublikası dövründə də həmin rejimlər İraqdan kütləvi şəkildə  kürdləri Güney Azərbaycana köçürüb, məskunlaşdırmışlar. Aşağıdakı sənədli filmlərdə də müasir dövrdə kürdlərin Güney Azərbaycana köçürülmələri öz əksini tapmışdır.

Təəssüflə Azərbaycan türk millətinə sığınan mühacir kürdlər, indi Güney Azərbaycanın başının bəlasına çevrilmişlər. Onlar özlərini yerli, yerli azərbaycanlıları isə qonaq adlandırırlar.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın