Çərşənbə axşamı , Aprel 7 2020
azfa

Molla rejiminin ideoloqunun oğlu rejimin ilahi qəzəbə düçar oluğuna etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars-molla rejiminin ideoloqunun oğlu və rejimin məclisinin keçmiş deputatı Əli Mütəhhəri etiraf edib ki, fars-molla rejimi ilahi qəzəbə düçar olub.

Əli Mütəhhəri bildirib ki, görünür, ölkənin siyasi sisteminin əməllərində yanlışlıq mövcud olduğuna görə, İran “ilahi qəzəbə tuş gəlib”.

Mütəhhəri deyib ki, bu səbəbdən rejimi davranışını dəyişməyə çağıraraq, belə davam edərsə, ölkənin sonunun xeyirə doğru getməyəcək.

O fevral ayının 21-də keçirilən məclis seçkilərində seçici aktivliyinin çox aşağı olması üçün seçkinin təyinat olduğunu etiraf edib. O, insanların buna görə də, seçkilərə ümidini itirdiyini, gələcək seçkilərdə vəziyyətin bundan da bərbad olacağını bildirib.

Mütəhhəri həmçinin deyib: “Mənim millət vəkili olduğum son çağırış zamanı Milli Məclisə öz vəzifələrini icra etmək, habelə ölkənin mühüm və böyük problemlərinə qarışmağa icazə vermədilər. Benzinin qiymətinin artırılmasında hər kəs bunun şahidi oldu. Ölkənin 3 Sisteminin Rəhbərlərinin İqtisadi Koordinasiya Şurası yanacağın bahalaşması ilə bağlı qərar qəbul etdi. Onu dəyişmək istəsək də, bizə icazə vermədilər. Daha sonra spikerin qarşı çıxmasına rəğmən, Daxili işlər nazirinin Parlament qarşısında sorğu-suala çəkilməsini tələb edirdik. Bunun üçün şərait formalaşdırılsa da, sonda bildirdilər ki, yuxarılardan tapşırıq gəlib, bu iş məsləhətə uyğun olmadığına görə, ondan əl çəkin!”.

Əli Mütəhhəri benzin etirazları zamanı öldürülənlərin sayının Əli Şəmxani tərəfindən onlara elan edildiyini, lakin onların bu statistikanı açıqlamağa icazələrinin olmadığını da etiraf edib.

Mütəhhəri keçən il ərzində baş vermiş daşqın, zəlzələ, noyabr etirazları, Qasım Süleymaninin öldürülməsi və onun dəfn mərasimində çox sayda bəsic və sepahçının ölməsi, Ukrayna təyyarəsinin vurulması, eləcə də koronavirus ölkədə yayılması kimi halları rejimin işində problemin olduğu ilə bir daha əlaqələndirərək, bunları rejimin əməllərinə görə baş verən “ilahi qəzəb” adlandırıb.

Həmçinin yoxlayın

Dünya ictimaiyyəti növbəti dəfə Ermənistanın işğalçı siyasətini rədd etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyi dünya ictimaiyyətinin işğalçı ermənilərin …

Aydın Qasımlı: Böyük Türk mücahidi – Başbuğ Alparslan Türkeş

GADTB: “Türk milləti üçün qurtuluş və yüksəlişin çarəsi öz inancları ilə milliyətçilik ülküsünə sarılmaqdır. Hədəfimiz …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir