Çərşənbə , İyun 3 2020
azfa

Rejim Ərdəbildə həbs etdiyi bəluç siyasi məhbus rejimin Məhkəmə Sisteminin rəisinə məktub yazdı: Mənə nəfəs çəkmək haramdırmı?!

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Abbas Lisani ilə bir yerdə rejimin Ərdəbildə yerləşən zindanının 7-ci bölməsində həbsdə olan bəluç siyasi məhbus Məhəmməd Sabir Məlik Rəisi irqçi fars rejiminin Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə məktubla müraciət edib.

Məhəmməd Sabir Məlik Rəisi Məhkəmə Sisteminin rəisinə məktubunda Ərdəbildəki rejimin prokurorunun kobud ifadələrinə etiraz edərək yazıb:

“Mən 15 il həbsə məhkum edilmişəm və indi həbs cəzamın 11-ci ilini çəkməkdəyəm. İnd mən ölməliyəmmi? Mənə nəfəs çəkmək haramdırmı?! Prokurorun məhbusa hötmətsizlik etmək və qışqırmaq hüququ varmı?! Prokurorun mənim haqqımda ölüm fitası çıxarmağa haqqı varmı?! Bu onu göstərir ki, koronavirus bəhanəsi ilə mənim və başqa məhbusların öldürülməsi ilə bağlı müəyyən planlar var”.

Qeyd edək ki, martın 29-da Ərdəbil zindanında rejimin Ərdəbildəki baş prokuroru Abdulla Təbatəbayinin bəluç siyasi məhbusa kobud cavab vermişdir. Rejimin Ərdəbildəki Ədliyyə İdarəsi rəisi Nasir Ətəbati və rejimin Ərdəbildəki baş prokuroru Abdulla Təbatəbayi koronavirus epidemiyasına görə məhbusların məzuniyyəti ilə bağlı Ərdəbil zindanına baş çəkərkən siyasi və vicdan məhbuslarının saxlandığı 7-ci bölümdə bəluç məhbusdan ittihamını soruşublar.

Bəluç məhbus “Milli təhlükəsizliyli pozmağa cəhd götərmək”də ittiham olunduğunu bildirib. Rejimin Ərdəbildəki baş prokuroru bunun cavabında deyib: “Məzuniyyət nədir! Təhlükəsizlik və siyasi ittihamlara görə həbs edilən məhbusların nəfəs çəkməsi belə haramdır!”

Bu qeyri-insani yanaşma ilə azərbaycanlı siyasi məhbus və fəal Abbas Lisaninin sərt reaksiyasına səbəb olub. O baş prokurora deyib ki, sizin milli təhlükəsizlikdən anlayışınız nədir?!

Abbas bəy həmçinin deyib: “Millətin və əhalinin hüququnu tələb etmək milli təhlükəsizliyə qarşı çıxmaqdır, yoxsa siz milli təhlükəsizlik deyəndə özünüzün, ərbablarınızın və bütövlükdə hökumət rəsmilərinin təhlükəsizliyini nəzərdə tutursunuz?!”

Rejimin Ərdəbildəki baş prokuroru Abdulla Təbatəbayi isə bunun cavabında deyib: “Bizim təhlükəsizliyimiz elə milli təhlükəsizlik sayılır”.

Bu söhbətdən sonra 6-cı bölümdə olan Nasir Ətəbati sözügedən bölməyə gəlib və azərbaycanlı fəalın narahat olmasının səbəbini soruşub. O bildirib ki, baş prokuror bu sözlərində sizi nəzərdə tutmayıb.

Ona cavab olaraq Abbas Lisani isə demişdir: “Məhkəmə sistemini təmsil edən prokuror tərəfsiz olmalıdır. Təəssüflə Abdulla Təbatəbayi nəinki konstitusiyaya riayət etmir, hətta siyasi məhbusların ölmünü istəyir. Məhkəmə sistemi maliyyə pozuntularına yol verənlər, qatillər və əhalinin hüququnu pozan digər məhbusların sərbəst buraxılmasına razılıq verir, lakin mədəni fəalların azad edilməsinə qarşıdır. Millətlərinin hüququnu tələb edən mübarizlər, harda olmasından asılı olmayaraq bizim fikirdaşlarımızdır. Bunun bizim üçün heç bir fərqi yoxdur. Ərdəbil prokuroru bu söz ilə vicdan və əqidə məhbuslarının hamısının ölməsini istədiyini özü etiraf etmiş olur. Yəni əslində sizlər koronavirus bəhanəsi ilə siyasi müxaliflərinizi öldürmək istəyirsiniz. Dövlət zindanlarda koronavirusun yayılmasının qarşısını ala bilmirsə siyasi və əqidə məhbusları azadlığa buraxmalıdır. Çünki onların həyatı ilə bağlı sizlər məsuliyyət daşıyacaqsınız”.

Həmçinin yoxlayın

Rejim həbs etdiyi azərbaycanlı idmançını vəsiqə qarşılığında zaminə buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal …

Güney Azərbaycanın Meşginşəhr bölgəsində tarixi qaya rəsimləri aşkarlanıb-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Meşginşəhr (Xiyav) bölgəsində 15 yeni tarixi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir