Şənbə , Aprel 27 2024
azfa

Rejim ermənilərlə paniranistlərin Azərbaycana qarşı təxribatını ifşa edən Səid Minaini məhkəmə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli fəal və “Milli Düşəncə” Teleqram kanalının sahibi Səid Minayiyə təzyiq göstərməkdədir. Buna səbəb isə fəalın ermənilərlə paniranistlərin Azərbaycana qarşı təxribatını ifşa etməsi olub.

Azərbaycanlı fəalın  çox sayda Azərbaycan teleqram kanallarında yayılan “Paniranistlərlə erməni lobbisinin bağlantısı” adlı məqalənin dərc edilməsi rejimi qəzəbləndirib və fəala qarşı təzyiq başlayıb və məhkəmə vasitəsilə fəalı cəzalandırmağa çalışıblar.

Bunab şəhərinin sakini olan azərbaycanlı mədəni fəal Səid Minayi, bir çox teleqram kanallarında müəllifi Araz Marağalı kimi təqdim edən qeyd edilən məqalənin yayılmasından sonra fəala qarşı saxta iş açılıb. “Daralmulk” kitabının müəllifi Əsğər Muhəmmədzadə tərəfindən fəal məhkəməyə verilib. Hazırda o mülki vəsiqə girov qoymaqla zaminə buraxılıb.

Azərbaycanlı fəal Səid Minayi bundan öncə isə Urmiya gölünün qurudulmasına etiraz olaraq 2018-ci il aprelin 23-də həbs edilmişdir.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın