Cümə axşamı , Sentyabr 24 2020
azfa

Rejimin əlaltısı olan hakim Ərdəbildə Colani ailəsini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin əlaltısı olan hakim Meysəm Colaninin ailəsinin 4 üzvünü də  Ərdəbildə həbs etdi. Dünən dekabrın 1-də azərbaycanlı fəal Meysəm Colaninin ata, ana, bacı və qardaşı rejimin Ərdəbildə əlaltısı olan hakim Səliminin göstərişi ilə yaxalanıb.

Colani ailəsi son günlərdə yaxalanan Meysəm Colaninin vəziyyəti ilə maraqlanmaq üçün irqçi fars rejimin Ərdəbildə yerləşən məhkəməsinə müraciət etdikləri zaman rejimin Ərdəbildə əlaltısı olan hakim Səlimi onlara hədələyici tonla danışıb və barələrində müvəqqəti həbs qərarı çıxarıb.

Qeyd edək ki, Meysəm Colani noyabrın 30-da Ərdəbilin Mərkəzi Zindanına koçürülüb. Azərbaycanlı fəal noyabrın 17-də rejimin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək  yaxalanıb və naməlum istiqamətə aparılmışdır.

Həmçinin yoxlayın

Ərdəbildə rejimin azərbaycanlı uşaqlara türkcə ad qadağasına qarşı divarlara şüarlar yazılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı milli fəallar rejimin …

Suriya erməniləri Qarabağa döyüşə gətirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə mətbuatı Suriyanın quzeyində 2 il əvvəl yaradılan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir