Şənbə , Aprel 27 2024
azfa

Rejimin həbs etdiyi azərbaycanlı fəal Saleh Mollaabbasinin sağlamlıq durumu ağırlaşıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Saleh Mollaabbasinin həbsxanada vəziyyətinin ağırlaşdığı bildirilir.

Kəskin qan təzyiqindən əziyyət çəkən azərbaycanlı fəalın son 3 gündə təzyiqinin qalxdığı və yalnız həbsxananın klinikasında ilkin yardımlar aldığı bildirilir. Həkimlər fəalın mütəxəssis həkimlər tərəfindən müalicə olmunmasının zəruriliyini bildirsələr də, həbsxana məsulları həkimlərin sözünə heç bir əhəmiyyət vermədən azərbaycanlı fəalın həyatını ciddi təhlükəyə atırlar.

Azərbaycanlı fəal Saleh Mollaabbasinin ailəsi isə fəalın sağlamlıq durumu ilə bağlı xəstəxanaya aparılma icazəsi alınası üçün aidiyyəti orqanlara müraciət etsələr də hələlik heç bir nəticə əldə edilməyib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın