Rejimin məhkəməsi azərbaycanlı fəal Səccad Monadinin 1 illik həbs cəzasını təsdiqlədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə yerləşən Apelyasiya Məhkəməsi azərbaycanlı milli-mədəni fəal Səccad Monadinin 1 illik həbs cəzasını olduğu kimi təsdiqləyib.

Rejimin Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi aprelin 18-də Muğandan olan azərbaycanlı fəal Səccad Monadiyə göndərilən hökmdə onun həbs cəzasını təsdiqlədiyi bildirilib.

Həbs qərarının təsdiqinin səbəb kimi, rejimin Parsabadda yerləşən Bəsic Bölməsi komandanının raportu və fəalın açıq etiraf etməsi göstərilib. Halbuki, azərbaycanlı fəal özünmə qarşı irəli sürülən bütün saxta ittihamları rədd edib.

Qeyd edək ki, 2018-ci ilin sentyabr ayında irqçi fars rejimin Parsabadda yerləşən  Ettelaat İdarəsinin əməkdaşları Səccad Monadinin ata evinə hücum edərək, axtarış aparmış və fəala məxsus kompüter, flash kart, pasport və milli kartı özləri ilə aparıblar.

Rejimin Parsabadda yerləşən 2 saylı məhkəməsinin 102-ci şöbəsinin rəisi Firuz Fərahani Məzrəə Cahan 2019-cu il yanvarın 8-də azərbaycanlı fəala 1 illik həbs hökmü çıxarıb.

Azərbaycanlı fəal millətçi məhbuslara dəstək vermək və milli zəmində fəaliyyət göstərmək ittihamı ilə həbs cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

AFİ başqanı və GADTB başqan yardımçısı Eldar Qaradağlının “Elçibəy Düşüncəsi Güney Azerbaycanın Milli Hərəkətində” mövzusunda çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsveç Azərbaycan Federasyonu (AFİ) başqanı və GADTB başqan …

Sayın Mikayıl Oytanın 28 May – Cümhuriyyət bayramı münasibətilə təbrik mesajı-Video

Sayın Mikayıl Oytanın 28 May – Cümhuriyyət bayramı münasibətilə təbrik mesajı-Video GADTB-nin Mətbuat Mərkəzinə daxil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir