Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycanlı məhbusun həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcin Qızıl Hisar zindanında həbsdə saxladığı 25 yaşlı azərbaycanlı gənc Milad Armundan heç bir məlumat verilmir.

 Fəalın yaxınları bildiriblər ki, aprelin 30-da digər 3 məhbusla birgə naməlum yerə aparılan Miladın harada saxlanıldığı bilinmir. Bu vəziyyət Miladın yaxınlarında gəncin həyatının təhlükədə olması ilə bağlı narahatlıq yaradıb.

Qeyd edək ki, Xiyav (Meşkinşəhr) şəhərinin Qoşa kəndindən olan Milad Armun 2022-ci ilin sentyabr ayında genişmiqyaslı etiraz aksiyalarında iştirak etdiyinə görə həbs edilib. Gənc başqa 3 nəfərlə birgə Arman Əliverdi adlı hökumət məmurunun öldürülməsində ittiham olunur. Armun həbs edildiyi vaxt və ondan sonrakı dövrdə davamlı işgəncələrə məruz qalıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …