Rusiyanı parçalanma təhlükəsi gözləyir – Slovak mediası

GADTB: Hazırda Putinin yalnız hakimiyyətdə qalmaqdan başqa şansı yoxdur. Bu, ona və bütün ölkəyə lazımdır.

Bu fikirləri Karlova Universitetinin Rusiya və Şərqi Avropa üzrə araşdırmalar kafedrasının əməkdaşı Jan Şir Slovakiyanın “Actuality” nəşrinə bildirib.

Onun sözlərinə görə, Rusiyanın gələcəyinin real variantlarından biri ölkənin parçalanmasıdır:

“Əgər iqtisadi problemlər daha da dərinləşərsə və hökmdarın əli möhkəm olmasa, parçalanma qaçılmaz olacaq. Doğrudur, belə problemlər Avropada, hətta ABŞ-da da var”.

Rusiyanın dağılma təhlükəsi varmı? Ekspert bu və ya digər suallara cavab tapmağa çalışır.

Prezident Putin yenə dünya ictimaiyyətinin diqqətini Rusiyaya yönəltdi. O, Konstitusiyada dəyişiklikləri elan etməklə mümkün qədər uzun müddət hakimiyyətdə qalmaq və ya hakimiyyəti özünün seçəcəyi şəxsə vermək üçün bir yol axtarır.

Putin ölümünə qədər ölkəni idarə etməyə hazırlaşırmı? Rusiyanı hansı gələcək gözləyir?

Putinin hazırda hakimiyyətdə qalmaqdan başqa çarəsi yoxdur. Əks təqdirdə, o, etdiyi əməllərə görə cavab verməli olacaq.

Rusiyanın gələcəyinə gəldikdə isə real variantlardan biri ölkənin parçalanmasıdır.

Rusiya yalnız böyük deyil, həm də son dərəcə müxtəlif millətlərin yaşadığı bir məkandır. Cənubda müsəlmanlar üstünlük təşkil edir; Şərqdə Asiya dövlətlərinin güclü təsiri hiss olunur. Dövlətin mərkəzində ölkədən ayrılmaq üçün yerlər var. Bu, xüsusilə Tatarıstan və Ural regionudur.

SSRİ-nin varisidir

Rusların və bütün planetin tarixində köklü bir dönüş Sovet İttifaqının dağılması oldu. Qafqaz və Orta Asiya dövlətləri ayrıldıqdan sonra Rusiya yenə də dünyanın ən böyük ölkəsi olaraq qaldı, çünki vahid ölkəni güclü bir hökmdar idarə etdi.

Əgər o, öz hakimiyyətini itirərsə və ya dövlətin iqtisadi problemlərini daha da dərinləşdirərsə, ekspertlərin fikrincə, müsəlmanların üstünlük təşkil etdiyi Qafqaz regionları – Çeçenistan, İnquşetiya və Dağıstan respublika statusu ilə ayrıla bilər. Etnik ruslar o ərazilərdə demək olar ki, yaşamır.

Onların arxasınca isə Tatarıstan gələ bilər. Ərazisi Slovakiyadan bir qədər çoxdur. Tatarıstanda təxminən 3,8 milyon insan yaşayır, onun da yarıdan çoxu tatarlardır (əsasən müsəlmanlar). Rusların sayı 40%-dən azdır.

Tatarıstan hələ XX əsrin 90-cı illərində xeyli dərəcədə müstəqillik qazanıb, son vaxtlar isə Putinin onlara tətbiq etməyə çalışdığı məhdudiyyətlərdən xilas olub.

Problem arxasında problem

Məhz güclü Prezident uzun müddət xaosdan və keçmiş prezident Boris Yeltsinin iqtisadi marazmından resept kimi görünürdü. Yeni minilliyin gəlişi ilə Rusiya iqtisadiyyatı yüksəlişə doğru getdi və ölkə dünyadakı fövqəldövlət statusunu özünə qaytardı.

Lakin 2008-ci ilin iqtisadi böhranı Rusiyaya güclü zərbə vurdu və bundan sonra texnoloji baxımdan gerilədi. Enerji daşıyıcılarının satışından asılı olan ölkə artıq vətəndaşların artan tələbatını ödəyə bilmədi.

Putin vəziyyəti xilas edərək, Rusiyanın dünyadakı hadisələrə təsirini artırdı. 2014-cü ildə o, Krımı ilhaq etdi və bununla da populyarlığını xeyli artırdı. Amma o uğur effekti artıq çoxdan uçub, üstəlik, sıravi rusiyalılara iki milyonluq Krım yardım bahasına başa gəlir. Onlara gedə biləcək pullar ilhaq olunan yarımadaya göndərilir.

Nüvə ölkəsi

“Variantlardan biri ondan ibarətdir ki, Rusiya həqiqətən parçalanmalıdır”, – deyə Jan Şir bildirib.

Bu, nə vaxt bu baş verə bilər?

Ekspertin fikrincə, Putinin ölümündən əvvəl (O, 1952-ci il oktyabrın 7-də dünyaya gəlib. Hazırda 68 yaşı var) və ya sonra. Bunu ehtimal etmək çox çətindir.

İndi, Putinin addımlarını proqnozlaşdırmaq çox çətindir. Ancaq son həftə səsləndirdiyi bəyanatlar onun ətrafındakı buludların seyrəlməsinə gətirib çıxarıb.

Əgər Rusiya dağılsa, bu, bütün dünya üçün ciddi nəticələrə səbəb olacaq. Növbəti miqrasiya böhranı yaranacaq və vətəndaşların bir qismi qərbə istiqamətlənəcək. Bundan başqa, enerji daşıyıcılarının tədarükü təhlükə altına düşə bilər. Nüvə silahı ayrıca böyük problemdir. Ancaq gec-tez, göründüyü kimi, planet bu problemlə qarşılaşacaq.

Ekspert əmindir ki, Rusiyanın qarşılaşdığı problemləri də həll etmək olar.

İndiki prezidentin idarəetmə sistemi dağılsa, nələr baş verəcək?

Ciddi problemlər başqa ölkələrdə də var

Doğrudur, Avropanın bəzi dövlətləri də belə ağır vəziyyətdədirlər. Gərginlik yalnız Avropa İttifaqının üzvləri arasında (məsələn, Mərkəzi və Qərbi Avropaya münasibətlərində) deyil, həm də dövlətlərin öz daxilində də hiss olunur.

İspaniyadan Kataloniya ayrılmaq istəyir. Belçika növbəti böhrana daxil olub. Böyük Britaniyada Şotlandiya və İngiltərə arasında fikir ayrılıqları hələ də öz həllini tapmayıb.

2008-ci ilin iqtisadi böhranından sonra belə bir fikir yayıldı ki, Amerika Birləşmiş Ştatları da dağıla bilər. Hazırkı prezident Donald Tramp problemlərin real həllinə çalışmır, əksinə, cəmiyyətdə qütbləşmə yaradır. 

Həmçinin yoxlayın

Həmədan və Soyuqbulaq zindanlarında üsyan və toqquşma baş verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Həmədan və Soyuqbulaq (Mahabad) zindanlarında üsyan …

İran terrorçuları Səudiyyə Ərəbistanına İran raketlərilə hücum etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrannın Yəməndə yetişdirdiyi terrorçular Səudiyyə Ərəbistanına İran raketlərilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir