Şənbə , Aprel 27 2024
azfa

Şərqi Azərbaycan valisinin Azərbaycan türkcəsinin məktəblərdə tədris edilməsi iddiası şübhə ilə qarşılanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi bu vilayətdə Azərbaycan türkcəsi dərslərinin tədrisinə başlandığını bildirib.

Şərqi Azərbaycanın valisi Məhəmmədrza Purməhəmmədi iddia edib ki, vilayətin 8 orta məktəbində Azərbaycan türkcəsi tədris edilir.

O deyib: “Biz sözümüzü yerinə yetirdik. Şərqi Azərbaycan vilayətində Azərbaycan türkcəsi dərsləri keçirilməyə başlanılıb. 8 məktəbdə Azərbaycan türkcəsinin tədrisi pilot  layihə şəkilindədir. Yaxın illərdə bu məktəblərin sayı artacaq”.

Qeyd edək ki, heç bir rəsmi orqan valinin bu iddiasını nə rədd nə də təsdiq etməyib. Bu iddia isə azərbaycanlı fəallar və əhali tərəfindən şübhə ilə qarşılanıb. Vali isə həmin 8 məktəbin hansı məktəblər olduğunu açıqlamayıb.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın