Cümə , Aprel 26 2024
azfa

Sarabın millət vəkili molla rejiminin Azərbaycana koronavirusla mübarizədə ayrıseçkiliyini tənqid etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sarab şəhərinin rejimin məclisindəki millət vəkili Yusif Davudi molla rejimini koronavirus infeksiyası ilə mübarizədə Azərbaycana qarşı ayrıseçkiliyini tənqid edib.

O “Fars” Xəbər Agentliyinə müsahibəsində deyib: “Statistik məlumatlara görə, Sarabda koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayı olduqca çoxdur. Bu baxımdan Sarabın vəziyyəti Qum və Gilan şəhərlərinə oxşayır. Hətta Şərqi Azərbaycan əyalətində ən çox koronavirus infeksiyasının yayıldı şəhərdir. Sarab təhlükəli virusa yoluxan və bu xəstəlikdən ölənlərin sayına görə də əyalət üzrə birinci yerdədir”.

Azərbaycanlı millət vəkili koronavirus pandemiyası ilə mübarizədə təmsil etdiyi şəhərə büdcə vəsaiti ayrılmadığını kəskin tənqid edərək deyib: “Son günlərdə hökumət rəsmiləri maska, qoruyucu geyim, dezinfeksiya vasitələri və s. almaq üçün virusun çox yayıldığı şəhərlərə milyardlar tümən məbləğində vəsait ayrıldığını bildirir. Təəssüflər olsun ki, Sarab Tibb Fakultetinə, bəlkə də bizim əyalətimizə bir rial belə ödənilməyib. Bu vəziyyət səbəb olub ki, Sarab və Şərqi Azərbaycan xəstəxanaları tibbi xidmət üçün lazımi imkanların əldə edilməsində problemlə üzləşsin”.

Həmçinin yoxlayın

Ermənilər Azərbaycanla sərhəddə döyüş mövqelərini sökməyə başladılar

GADTB: Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndi istiqamətindəki mövqeləri sökülür. Bu barədə …

Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzaiyə hələ də məzuniyyətdən məhrumdurlar

GADTB: Azərbaycan Milli Hərəkatının məhbus fəalları Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzai …

Bir cavab yazın