Cümə axşamı , Avqust 6 2020
azfa

Sayın Mikayıl Oytanın Azərbaycan Dağlıq Qarabağ bölgəsində ermənilərin qanunsuz seçkilərinin ifşası ilə bağlı Hugh McDermott-a məktubu-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiyası Prezidenti və GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta işğalçı ermənilərin Azərbaycan Dağlıq Qarabağ bölgəsində qanunsuz keçirdikləri seçkilərinin ifşası ilə bağlı avstraliyalı millət vəkili dr.Hugh McDermott-a məktub ünvanlayıb.

Sayın Oytanın məktubunda yazılıb:

Bu yaxınlarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində keçirilmiş qanunsuz seçkilərlə bağlı sizə yazıram.

Bildiyiniz kimi, 1993-cü ildə təxminən 1 milyondan çox azərbaycanlı erməni qüvvələri tərəfindən Dağlıq Qarabağdakı ata-baba yurdlarından zorla sürgün edilmişdir. O vaxtdan bəri bölgədəki etnik çoxluq iddiası üçün 100 mindən çox erməni qanunsuz olaraq Dağlıq Qarabağa köçdü. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Ermənistanın Azərbaycan torpaqlarını qanunsuz işğal etməsini daim pisləyib. Bu məsələdə Ermənistana qarşı dörd qətnamə qəbul edilmişdir. Bütün beynəlxalq siyasi standartlara uyğun olaraq, qeyri-qanuni seçkiləri pisləmək lazımdır və Ermənistan azərbaycanlı qaçqınların Dağlıq Qarabağdakı evlərinə qayıtmasına imkan yaratması üçün təşviq edilməlidir. Azərbaycan xalqının Dağlıq Qarabağın qanunsuz işğal olunmuş ərazilərindəki evlərinə qayıtmasından sonra bölgədə demokratik seçkilər mümkün olacaq.

Mikayıl Oyta

Avstraliya Azərbaycan Assosiyası Prezidenti

Məktubun ingiliscə mətnini təqdim edirik:

Həmçinin yoxlayın

Yunanistanın dənizə buraxdığı daha 82 qaçqını Türkiyә xilas etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yunanıstan Sahil Mühafizә Xidməti tәrәfindәn Türkiyәyә geri qaytarılama …

Çinin uyğur türklərinə qarşı törətdiyi cinayətlər sənədlərlə sübut edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BBC-nin yayımladığı videoçarxda Çinin toplama düşərgəsində uyğur türklərinə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir