Cümə , Aprel 26 2024
azfa

Sayın Mikayıl Oytanın Qarabağın azad edilməsi əməliyyatı ilə bağlı Azərbaycan dövlətinə və millətinə müraciəti-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstralia Azerbaycan Asosiyasının (AAA) Prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta Azərbaycanın işğaı olunmuş ərazilərini azadetmə əməliyyatını dəstəkləyib və bununla bağlı Azərbaycan dövləti və millətinə müraciət ünvanlayıb.

Sayın Mikayıl Oytanın müraciətini təqdim edirik:

Salam olsun böyük 55 milyonluq azərbaycanlılara ve onun ali baş komandanı Cənab  prezident İlham Əliyevə. Daglıq Qarabağımızı işğalçı Ermənistandan azad etmək üçün biz tam  imkanlarımızla və bütün vücudumuzla dövlətimizin, qəhrəman ordumuzun və millətimizin arxasindayıq. Ölkəmizi ən axırıncı terorristdən ve erməni işğalçı qüvvələrindən təmizləyənəcən döyüşü davam etdirməli və torpaqlarımızı müdafiə etməliyik.

İran rejiminə Ermənistana silah yardımı göstərdiyinə görə nota verməli və BMT-yə şikayət göndərilməlidir. Minsk qrupu Azərbaycan əleyhinə fəaliyyət göstərdiyi, sülh və təhlükəsziliyi təmin edə bilmədiyi üçün baykot olunmalıdır. Türkiyə-Azərbaycan Konfederasiyası yaradılmalı və islam ölkəsi Pakistanın prosesdə iştirakına şərait yaradılmalıdır. Ermənistan ordusu ve bütün terorristlər torpaqlarımizdan dəf olmalıdır.

Qarabag bizimdir bizim də qalacaq

Qəhrəman şanlı ordumuzdan zəfər xəbərləri gözləyirik

Sağ olun var olun

Millətimizə eşq olsun

Mikayil Oyta 

Avstraliya Azərbaycan Assosiyasının  (AAA) Prezidenti,

Güney Azerbaycan Demokratik Türk Birliyi (GADTB) Uluslararası Departamenti sədri

Müraciətin videosuna buradan aşağıdakı linkdən baxa bilərsiniz:

https://t.me/GADTB1/3262

Həmçinin yoxlayın

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …

Bir cavab yazın