Şənbə , Noyabr 23 2024
azfa

Son etirazlarda rejimin öldürdüyü azərbaycanlılardan 3-ünün kimliyi bilindi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin qüvvələrinin son günlərdə keçirilən kütləvi etirazlarda öldürdüyü şəxslərin 3-nün kimliyi müəyyənləşib.

Güney Azərbaycanın Zəncan şəhərinin sakini olan Əmir Hüseyn Abbasi noyabrın 16-da yaşadığı şəhərdə keçirilən etiraz aksiyasında öldürülüb. O evlidir və üç uşağı var.

Digər azərbaycanlı şəhidin adı isə Mir Salman oğlu Seyid Əli Fətuhi Kuhsaredir və Ərdəbil sakini olub. O yaşadığı şəhərdə keçirilən aksiyada qətlə yetirilib. Onun da evli olduğu bildirilir.

Əli Hüseyni isə Təbriz şəhərində yaşayıb. O Təbrizin Bağmeşə məhəlləsində keçirilən aksiyada irqçi fars rejimin qüvvələri tərəfindən qətlə yetirilib.

Güney Azərbaycan digər bölgələri, o cümlədən Tehran, Kərəc, Qəzvin, Savə və digər şəhərlərində keçirilən aksiyalarda çox sayda azərbaycanlı öldürülüb. Hələlik onların kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Həmçinin yoxlayın

Ermənistanın Hindistandan aldığı ATAGS-lər sıradan çıxdı

GADTB: Ermənistanın Hindistandan aldığı ilk 6 ədəd ATAGS haubitsası sınaqlar zamanı sıradan çıxıb. Bu barədə …

İrqçi fars-molla rejimi Azərbaycan ərazilərindən Azərbaycan adını silməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi minbir oyunla Azərbaycan ərazilərindən Azərbaycan …

Bir cavab yazın