Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Rejimin yaxaladığı azərbaycanlı fəal Məhəmməd Mahmudidən heç bir məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son günlərdə irqçi fars rejimin təhlükəsizlik qüvvələrinin Təbrizdə gecə saatlarında oğurladığı azərbaycanlı milli-mədəni fəal Məhəmməd Mahmudidən heç bir xəbər yoxdur.

Fəaldan heç bir məlumatın verilməməsi onun ailəsinin nigaranlığına səbəb olur.

Qeyd edək ki,  Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından olan Məhəmməd Mahmudi noyabrın 17-də rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Bu müddətdə onun vəziyyəti barədə ailəsinə heç bir məlumat verilməyib.

Məhəmməd Mahmudi Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə bundan əvvəl də yaxalanıb. 

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın