Cümə , Aprel 26 2024
azfa

Tanınmış azərbaycanlı fəal Abbas Lisani aclıq aksiyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, azərbaycanlı fəal Abbas Lisaninin ailəsi Ərdəbil onun vəziyyəti ilə maraqlandıqda məlum olub ki, azərbaycanlı fəal qanunsuz şəkildə həbsə alındığı üçün aclıq aksiyasına başlayıb.

Rejimin təhlükəsizlik qüvvələri Təbrizdə yaxalanan azərbaycanlı fəal Abbas Lisaninin nə üçün Ərdəbilə göndərildiyi barədə heç bir açıqlama verməyiblər.

Azərbaycanlı fəalın bütün hüquqlarından məhrum edilməsi, telefon əlaqəsi, eləcə də ailəsi ilə görüş və s. haqlarından məhrum edilməsi aclıq aksiyasına başlamasına səbəb olub.

Qeyd edək ki, Abbas Lisani dəfələrlə Azərbaycan türk millətinin və öz hüquqlarının müdafiəsi üçün aclıq aksiyası keçirməyə məcbur olub.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın