Şənbə , Aprel 27 2024
azfa

Türkiyə ABŞ olmadan da Suriyanın şimalında təhlükəsizlik bölgəsi yaradacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin milli müdafiə naziri Hulusi Akar Suriyanın şimalında təhlükəsizlik bölgəsi məsələsinə toxunaraq deyib ki, Türkiyə ABŞ olmadan da Suriyanın şimalında təhlükəsizlik bölgəsi yaradacaq.

O deyib: “Türkiyə və ABŞ nümayəndələri arasında Suriyanın şimalında təhlükəsizlik bölgə yaradılması ilə bağlı müzakirələri müsbət istiqamətdə davam edir”.

“Biz cənub sərhədlərimizdə terror dəhlizinin yaranmasına icazə verməyəcəyik. Bu məsələdə mümkün olanı edəcəyik. ABŞ olmasa, bunu təkbaşına etməkdə fikrimiz qətidir. Biz toplantıda təhlükəsizliyimizlə bağlı narahatlğımızı dilə gətirdik.

Prezidentimizin (Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı nəzərdə tutur-red.) ifadə etdiyi kimi, biz müttəfiqimiz ABŞ-la birlikdə fəaliyyət göstərməyi arzulayırıq”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, Türkiyə və ABŞ-ın hərbi heyəti Suriyadakı vəziyyətə dair müzakirə aparır.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın