Çərşənbə axşamı , Yanvar 21 2020
azfa

Türkiyə: “Hücumları dayandırmasa, Haftarın dərsini verəcəyik”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Liviya xəritədə uzaq görünə bilər, amma bizim üçün uzaq bir yer deyil”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Liviya Osmanlı imperiyasının əhəmiyyətli hissəsi olub və Türkiyənin Liviya ilə dərin tarixi bağları mövcuddur: “Heç kim ölkəmizdən yardım istəyən liviyalı qardaşlarımıza arxa çevirməyimizi gözləməsin. Liviyada Haftara tabe olmayan qardaşlarımız var. Haftar Liviyadakı türkləri də etnik təmizləməyə məruz qoymaq niyyətindədir. Çətin anlarında onların yanında olmağımız lazımdır. Orada türk varlığından xəbərsiz olanları gördükcə millətimiz adına kədərlənirəm. “Liviyada nə işiniz var?” deyənlər siyasət və tarix cahilləridir”.

Ərdoğan Liviya Milli Ordusunun (LMO) rəhbəri, marşal Xəlifə Haftarın Moskvada Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracla atəşkəs razılaşmasını imzalamamasına da münasibət bildirib. Türkiyə Prezidenti qeyd edib ki, dünən Moskvada keçirilən danışıqlarda Liviya Milli Razılıq Hökuməti konstruktiv mövqe nümayiş etdirib: “Buna baxmayaraq, Haftar atəşkəs razılaşmasını imzalamadı. Əvvəlcə “hə” dedi, sonra Moskvanı tərk etdi, qaçdı. Bundan sonra məsuliyyət cənab Putin və onun komandasının üzərinə düşür. Biz sözümüzün üstündə durduq, amma Haftar danışıqları tərk etdi. İrəli sürdüyü şərtlər onun əsl simasını göstərir. Atəşkəsi qəbul etməməsi bizi heç təəccübləndirmədi”.

Ərdoğan bazar günü Almaniyanın paytaxtı Berlində Liviya ilə bağlı sammitə qatılacağını da vurğulayıb: “Bu sammitə başda ABŞ olmaqda, digər ölkələrdən də nümayəndələr qatılacaq. Biz Tunis və Qatarın da sammitə qatılmasının zəruriliyini aidiyyəti üzrə çatdırsaq da istədiyimiz nəticəni əldə edə bilmədik. Hücumları dayandırmasa, Haftara lazımi dərsi verməktən geri çəkilməyəcəyik”.

Həmçinin yoxlayın

İrqçi fars rejim Dünya Ana Dili Günü mərasiminə qatılan azərbaycanlı fəalları həbs və sürgünə məkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Tehranda yerləşən Apellyasiya Məhkəməsinin 54-cü …

Sidneydə Avstraliya Azərbaycan Asosiyası və GADTB 20 Yanvar anım tədbiri keçirdilər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün yanvar ayının 20-də Avstraliyanın Sidney şəhərində …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir