Cümə , Aprel 26 2024
azfa

Türkiyə və Rusiyanın birlikdə S-500 raketləri istehsalı gündəmə gəlir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə və Rusiya S-500 raket sistemlərini birlikdə istehsal edə bilər. Bu sözləri rusiyalı hərbi ekspert Aleksey Leonkov deyib.

O bildirib ki, Rusiya ilə Hindistan arasında buna bənzər bir təcrübə mövcuddur:

“Yəni artıq Rusiya bu baxımdan kifayət qədər təcrübəlidir. Lakin Türkiyə ilə bu layihəni həyata keçirmək üçün müəyyən məsələləri həll etmək lazımdır. Məsələn, əvvəlcə Rusiyaya göndərilən 100 türk mühəndis təhsil kursunu keçməlidir. Türkiyənin istehsal edəcəyi raket hissələri bəyənilsə, bu layihəni gerçəkləşdirmək mümkün olacaq”.

Qeyd edək ki, Türkiyə lideri Ərdoğan Rusiya ilə S-500-ün birgə istehsalının mümkünlüyünü bildirmişdi.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın