Cümə , Aprel 26 2024
azfa

Türkiyənin xalça ixracı rekord səviyyəyə çatdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2018-ci ildə 2,7 milyard dollar ilə xalça ixrac edən ölkələr arasında lider mövqeyə sahib olan Türkiyə, bu sahədə ən güclü rəqibi Belçikadan bir milyard dollarlıq daha çox ixrac reallaşdırdı. 2018-ci ilin hesabatına görə Belçikanın ancaq 1.8 milyard dollarlıq ixrac reallaşdırıb. Bu ölkəni 346.3 milyon dollar ilə Çin izləyib.

Türkiyənin 2019-ci ilin üçüncü rübü etibarilə dünyanın müxtilif ölkələrin reallaşdırdığı xalça ixracı 1 milyard 801 milyon dollara çatıb. Xalça İxrac edilən ölkələrin başındanda sırasıyla Amerika Birləşmiş Ştatları (ABŞ), Almaniya, Argentina, Tailand, Monqolustan, Mavritaniya, Yeni Zelandiya və Avstraliya iştirak edib.

ABŞ-a 453 milyon dollarlıq xalça ixrac edilərkən, bu ölkəni 277,9 milyon dollarla Səudiyyə Ərəbistanı, 88.8 milyon dollarla Almaniya, 82.8 milyon dollarla İraq və 81.9 milyon dollar ilə İngiltərə izləyib.

Həmçinin yoxlayın

Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzaiyə hələ də məzuniyyətdən məhrumdurlar

GADTB: Azərbaycan Milli Hərəkatının məhbus fəalları Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzai …

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Bir cavab yazın