Cümə axşamı , Noyabr 26 2020
azfa

Urmiyada iclasların dilinin türk dili olmasına etiraf: Urmiyada tədbirlərin türk dilində keçirməsi adi haldır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya Şəhər Şurasının rəisi Urmiyada tə\dbirlərdə Azərbaycan türkcəsində danışmağın və tədbirin türparılmasının adı hal olduğuna etiraf edib. Urmiya Şəhər Şurasının rəisi Əlizadə İmamzadə Jurnalistlər Günündə keçirilən tədbirdə yaranan qalmaqala münasibət bildirərək deyib ki, ifratçı kürdçü cərəyanlar Məhəmməd Xalid Hatəmidən qəhrəman yaratmaq istədiklərini üçün onlar qalmaqala səbəb oldular.

Əlizadə İmamzadə deyib: “Mən Şəhər Şurasında hər hansı tədbirin fars dilində keçirilməsini xatırlamıram. Yalnız türkcə bilməyən vali ilə birlikdə keçirilən və ya Nazirlər Kabinetinin türkcə bilməyən hər hansı nümayəndəsinin olduğu tədbirlər fars dilində tədbir keçirilib. Bu isə Urmiyada qəbul olunan məsələdir.

Biz Şəhər Şurasında şəhərin bütün müdirlərinin qarşısında Azərbaycan türkcəsində çıxış edirik.

Mən özüm fars dilini yaxşı bildiyim halda, Jurnalistlər Günündə keçirilən tədbirdə birinci çıxışçı kimi türk dilində danışdım. Cənab Hatəminin də bu məsələyə heç bir etirazı olmadı. Lakin musiqi qrupu ifa etdikdən sonra Urmiyanın bələdiyyə başçısı çıxış etdiyi zaman cənab Hatəmi türkcə başa düşmədiyini iddia edərək salonu tərk etməyə çalışdı.

Məlum məsələdir ki, bəziləri şəhərin hörmətli bələdiyyə başçısının fəaliyyətinə kölgə salmaq və ya cənab Hatəmidən qəhrəman yaratmaq istəyir”.

Qeyd edək ki, mühacir kürdlər əsasən Azərbaycan ərazisinə köçdükdən və burada müəyyən vəzifəyə gətirildikdən sonra açıq şəkildə PKK və digər terrorçu kürdləri dəstəkləyib və yenicə köçdükləri Azərbaycan ərazilərini də kürd ərazisi kimi qələmə verməyə başlayırlar. Hatəmi də belə ifratçı mühacir kürdlərdən biridir.

Həmçinin yoxlayın

İran rejimi azərbaycanlı alimi edam etməyə hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı alimi Əhmədrza Cəlali ailəsi ilə telefon əlaqəsində …

Naxçıvana koridorla bağlı işlərə başlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistandakı Cənubi Qafqaz Dəmiryolları Qapalı Səhmdar Cəmiyyəti Rusiya …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir