Cümə , Aprel 26 2024
azfa

Urmiyalı jurnalist öz mükafatını rejimin bağladığı Yol Press media qrupuna təqdim etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan vilayətində jurnalist günü münasibətilə keçirilən tədbirdə vilayətin nümunəvi jurnalisti seçilən Murtuza Heydəri aldığı mükafatını Yol Press mediasının məsulu olan Bəhram Cavadiyə bağışladığını bildirib.

Murtuza Heydəri Pana Xəbər agentliyindən reportaj fəaliyyəti bölməsində ən yaxşı jurnalist seçilib.

Murtuza Heydəri ‘Jurnalist Günü’ münasibətilə Urmiya şəhərində keçirilən tədbirdə nümunəvi jurnalist mükafatını aldıqdan sonra çıxış edərək heç bir jurnalistin və heç bir media və dərginin yayımının dayandırılmamasına ümidini ifadə edib.

Qeyd edək ki, daha əvvəl rejimin Qərbi Azərbaycana təyin etdiyi kürd və antitürk vali Şəhriyarının qəzəbinə tuş gələn “Yol Press” xəbər və təhlil saytı iyulunu 7-də açıqlama yayımlayaraq “Yol Press” xəbər və təhlil saytı və “Açıq Yol” dərgisinin fəaliyyətinə və yayımına Ali Milli Təhlükəsizlik Şurası tərəfindən cinayət işi açılması üzrə Urmiya prokurorluğunun ikinci şöbəsi qadağa qoyulduğunu bildrimişdi.

 Ölkədə 8 avqust jurnalist günü kimi qeyd edilir. Həmin gün münasibətilə Urmiya bələdiyyəsi rəsmiləri tərəfindən keçirilən tədbirdə Qərbi Azərbaycan vilayətinin jurnalistləri şərəfləndirilib.

‘Jurnalist Günü’ münasibətilə bir sıra jurnalistlər Yol Press media qrupunun ofisinə toplaşaraq media qrupunun əməkdaşlarını təbrik edib bu media qrupunun fəaliyyətinə qadağa qoyulmasını qınayıblar.

Mərkəzi Nyu Yorkda olan Jurnalistləri Qoruma Komitəsinin (CPJ) hesabatına görə, son 10 ildə İran jurnalistlərin ən çox həbs edildiyi üç ölkə sırasında yer alır. Həmin komitənin hesabatına görə, 2012-ci ilində İran 45 jurnalistin həbs olduğu ölkə kimi təqdim edilir.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın