Cümə , İyul 10 2020
azfa

Uyğur spiker müsəlmanları haylarına hay vermədiyi üçün tənqid edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Türküstan Milli Məclisinin sədri Seyid Tümtürk müsəlmanları onların haylarına hay vermədiyi üçün tənqid edib.

 “Medianın senzurasından keçməyən siyasilərin susduğu dönəmdə cümə namazlarında xütbələrdə eşitmədiyimiz duaları “Arsenal”ın futbolçusu Məsud Özildən eşitdik. Özilin bu mesajı sükutu pozdu. Biz bu dəstəyi öz siyasi liderlərimizdən, vətəndaş cəmiyyəti təşkilatlarından, dini rəhbərindən gözlədiyimiz halda Məsud Özildən gördük. Onlar bir Məsud Özil qədər ola bilmədi. Bəs bir Pompeo da ola bilmədi? Bizi müdafiə etmək ABŞ Dövlət katibinə qalıb? Məsud Özilin açıqlamasına Pompeodan əvvəl dəstək verəcək bir müsəlman yoxdurmu? Ümmət haradadır?” – deyə məclis sədri bildirib.

Qeyd edək ki, M.Özil sosial şəbəkə hesabında rəsmi Pekinin Çinin Sintszyan-Uyğur muxtar vilayətində uyğur türklərinə təzyiq göstərməsinə diqqət çəkmişdi.

Sözügedən paylaşımda Sintszyan-Uyğur muxtar vilayəti adlandırılan Şərqi Türküstanda insanlara zülm edilməsi, Quranın yandırılması, məscidlərin bağlanması, uyğur din adamlarının qətlə yetirilməsi, ümumilikdə Çinin uyğur türklərini assimilyasiya etməyə çalışması qeyd edilib. Bundan sonra Çin şəbəkələrində türk əsilli alman futbolçunun səhifələri qapadılıb, internet axtarış xidmətlərinə Özil ilə bağlı sorğuları cavablandırmaq qadağan edilib, futbolçunun fan-klubunun fəaliyyəti də bloklanıb.

ABŞ Dövlət katibi Mayk Pompeo isə Tvitter səhifəsində M.Özilə dəstəyini ifadə edib.

Həmçinin yoxlayın

Türkiyənin “Atmaca” raketi Yunanıstanı qorxuya salır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Yeni Şəfəq” nəşri yazır ki, Türkiyənin “Atmaca” raketi …

Rejim azərbaycanlı fəal Əli Əzizinin zaminə buraxılması üçün daha 150 milyonluq vəsiqə təyin etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya sakini olan azərbaycanlı milli fəal Əli Əzizi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir