Cümə , Noyabr 14 2025
azfa

Əhərdə irqçi fars rejim azərbaycanlı fəal Saleh Molla Abbasini yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın Əhər şəhərində rejimin təhlükəsizlik qüvvələri azərbaycanlı milli-mədəni fəal Saleh Molla Abbasini yaxalayıb.

Əldə etdiyimiz məlumata görə, rejimin məmurları fəalın iş yerinə hücum edərək fəalı yaxalayıb, naməlum istiqamətə aparıblar.

Molla Abbasi ailəsinin bildirdiyinə görə, onlar fəalın həbs səbəbi və harada saxlanmasını öyrənmək məqsədilə aidiyyəti orqanlara mürzciət ediblər. Lakin hələlik heç bir məlumat əldə edə bilməyiblər.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Saleh Molla Abbasi bundan öncə rejimin məhkəməsi tərəfindən 10 ay həbsə məhkum edilmişdir.

Həmçinin yoxlayın

Urmiya gölünün böhranlı vəziyyəti gündən günə artır

GADTB: Bir vaxtlar Güney Azərbaycanın mavi cəvahiri sayılan Urmiya gölü hələ də su çatışmazlığı və …

Xameneyinin ölümü ABŞ və İsrail üçün molla rejimini dəyişmək imkanı yarada bilər

GADTB: “Jerusalem Post” qəzeti yazır ki, İranın ali rəhbəri Əli Xameneyinin ölümündən sonra ölkədə yaranacaq …

Bir cavab yazın