Şənbə , Aprel 18 2026
azfa

Ərdəbil Şəhər Şurasının üzvü Ərdəbildə qədim türk adlarının qaytarılmasına təkid etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Ərdəbil Şəhər Şurasının üzvü Ənsari Ərdəbildə məhəllələrin qədim türk adlarının qaytarılmasına təkid edərək deyib ki, rəsmilərin səhv siyasəti nəticəsində Ərdəbilin qədim məhəllələrinin türk adları dəyişdirilmişdir.

O dedi ki, misal üçün qonşu vilayət yəni Şərqi Azərbaycan vilayətində təbrizlilərin ciddi tələbi ilə Təbrizin son zamanlar dəyişdirilmiş bir sıra türk adları və toponimləri qaytarılmış və bu şəhərin qədim türk adları mühafizə edilir.

Ərdəbil əhali tərəfindən də istifadə edilən Qərədink, Zəncirli, Qərəküllük, Ağanağı xərməni, Unçu meydanı və s. qədim türkcə gözəl adların saxlanılmasının hanıs mənfi cəhəti vardır?

Qeyd edək ki, irqçi fars rejimi antitürk siyasətlə Güney Azərbaycanın şəhər, kənd və bölgələrinin türk adlarını və toponimləri farslaşdırır.

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …

Bir cavab yazın