Cümə axşamı , Fevral 12 2026
azfa

Ərdəbil vilayəti qazdan boğulma hallarına görə birinci yerdədir

GADTB-nin Mətbuat Mərkəzinin İran adlanan ölkənin saytlarına istinadən yaydığı məlumata görə, Ərdəbil vilayəti qazdan boğularaq ölmə hallarına görə birinci yerdədir. Bu barədə İran Milli Qaz Şirkətinin rəisi Məhəmmədrza Yusifipur açıqlama verib.

M.Yusifipur qeyd edib ki, 2016-cı il yaşayış evlərində qazdan törənən hadisələr 0.8 faiz, qazın karbon monoksidindən isə boğularaq ölmə halları 34 faiz 2015-ci ilə nisbət artıb. Yusifipurun bildirdiyinə görə ölkə üzrə ümumilikdə 839 nəfər qazdan zəhərlənərək həyatını itirib. Bunlardan 256 nəfəri qazla yanan peç və sairədən yayılan karbon monoksid qazından ölüb, qalanları isə başqa qızdırıcı vasitələrdən yayılan karbon monoksid qazından həyatını itirib.

Qeyd edək ki, təbii qazın qeyri-standart şəraitdə istifadəsi karbon monoksid qazının əmələ gəlməsinə və insanların zəhərlənərək ölməsinə gətirib çıxarır. Ərdəbil vilayətində əhalinin İran rejimin ayrı-seçkiliyi nəticəsində imkansızlığı həyat standartlarını aşağı salıb. Onun nəticəsində Ərdəbil vilayəti bu sahədə birinci yeri tutur.

Həmçinin yoxlayın

Qəzvində 17 yaşlı şagird Sarina Rzayi və anası Zəhra Türkməni saxlanılıb

GADTB: Qəzvin şəhərində yaşayan, 11-ci sinif şagirdi olan 17 yaşlı Sarina Rzayi 1404-cü ilin dey …

Rafael Qrossi İranın 60 faiz zənginləşdirilmiş uranı ilə bağlı açıq xəbərdarlıq etdi

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi son açıqlamalarında İran İslam Respublikasına …