Cümə , Aprel 26 2024
azfa

Ərdəbil zindanında koronovirus yayıldığı üçün Vasiqi qardaşlarının həyatı təhlükədə-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Ərdəbildə yerləşən zindanında koronovirus xəstəliyi yayıldığı üçün Vasiqi qardaşlarının həyatı təhlükədədir.

Həmin azərbaycanlı siyasi məhbuslar milli-mədəni fəaliyyətlərinə görə məhkum edildikləri iki illik həbs cəzalarını Ərdəbil zindanında çəkirlər. Lakin koronavirus onların həyatını təhlüekəyə salıb.

Məhkumlar qızdırmadan, əzələ ağrılarından və nəfəs çatışmazlığından əziyyət çəkirlər.”

Vasiqi qardaşları rejimin Ərdəbildəki məhkəmə rəsmilərini məhbusların yaşamaq haqqına sahib olduqlarına inandıra biləcəklərinə ümid edirlər.

Qeyd edək ki, Ərdəbil zindanında təhlükəli vəziyyətin hökm sürdüyü bildirilir. Ərdəbil zindanının 7-ci bölməsində saxlanılan azərbaycanlı siyasi məhbus Yusif Kari də dekabrın 1-də ailəsi ilə telefon əlaqəsində noyabrın otuzundan birinə keçən gecə Abbas Lisani ilə birlikdə koronovirus simptomları ilə Ərdəbil həbsxanasının tibb mərkəzinə köçürüldüyünü, ancaq həbsxananın başqa bölmələrindən çox sayda koronovirus xəstəsinin tibb mərkəzində yerləşdirildiyi və boş yer olmadığı üçün yenidən 7-ci bölməyə qaytarıldıqlarını bildirib.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın