Çərşənbə axşamı , May 17 2022
azfa

Ərdəbildə əhali küçələrə axışdı: “Yatan millət çəkər zillət”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində əhali küçələrə axışaraq etiraz aksiyası keçirib.

Yüzlərlə azərbaycanlı “Azərbaycan milləti çəkməz bu zilləti” və s. şüarlar səsləndiriblər.

İran rejiminin təhlükəsizlik qüvvələri etiraza müdaxilə edərək çoxlu sayda insanı həbs edib. Rejimin qüvvələrinin etirazçılara zor tətbiq etdiyi və rezin dəyənəklərlə insanları döydüyü bildirilir.

Hələlik tutulan milli fəallardan yalnız Nasir Beheşti və Şükür Qasıminin adları məlumdur.

Qeyd etmək lazımdır ki, rejimin yarıtmaz iqtisadi siyasəti nəticəsində İranda son günlər zəruri ərzaq mallarının qiymətləri dəfələrlə qalxıb və hətta qıtlıq yaranıb.

https://www.youtube.com/shorts/NMZJOT7ll8U
https://www.youtube.com/shorts/3i3tD4hFil0
https://www.youtube.com/shorts/v_oZikxhiBc

Həmçinin yoxlayın

Enerji və tranzit: Tehran-İrəvan əməkdaşlığının ən mühüm sahələri

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana” istinadən yaydığı məlumata görə, İran Ermənistanla əlaqələri və əməkdaşlığını gücləndirir. …

Azərbaycan türkcəsini məhv edən İrandan məktəblərdə “fars dilini qoruma zəngi”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 40 milyondan çox türkün dilini qadağan edib, məhvə …