Çərşənbə axşamı , Sentyabr 17 2024
azfa

Ərdəbildə “Abbas Lisani həbsə yox azadlığa layiqdir” yazılmış qarafit

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə böyük qrafit çəkilib.

Dekabrın 7-i səhər saatlarında Ərdəbil şəhərində bir qrup azərbaycanlı milli-mədəni fəal irqçi fars rejimin zindanlarda həbs etdiyi azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə divara qrafit çəkilib.

Qrafit əsərində azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələb edilib. Qrafitdə Abbas Lisaninin şəkili ilə yanaşı yazılıəb: “Abbas Lisani həbsə deyil azadlığa layiqdir”.

Qeyd edək ki, koronavirusun zindanlarda, xüsusilə Ərdəbil zindanın yayılması və azərbaycanlı siyasi məhbusları, o cümlədən Abbas Lisaninin həyatını təhlükəyə salmasına baxmayaraq, rejimin onların müalicəsinə şərait yaratmaması Güney Azərbaycanda bu istiqamətdə etirazlara səbəb olub. Ona görə də son günlər Güney Azərbaycan şəhərlərinin əksərində milli-mədəni fəallar plakard, broşura, qrafit, divarlara yazılmış şüarlarla azərbaycanlı siyasi məhbuslara azadlıq tələb ediblər.

Hgazırda azərbaycanlı siyasi məhbuslar Abbas Lisani, Lətif Həsəni, Əlirza Fərşi, Əli Vasiqi, Rza Vasiqi, Yusif Kari və s. məhbuslar rejimin zindanında qalmaqdadır.

Həmçinin yoxlayın

Britaniya aviasiya sənayesinə tədarüklə bağlı İrana yeni sanksiya tətbiq edib

GADTB: Bu gün Britaniya hökuməti İrana qarşı strateji əhəmiyyət kəsb edən mal və texnologiyalara qarşı …

Xoyun “Yarpaq” cəmiyyətinin yaradılmasının 10 illiyi ilə bağlı keçirilən mərasim ETTELAT tərəfindən ləğv edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xoy bölgəsində “Yarpaq” cəmiyyətinin yaradılmasının 10 …

Bir cavab yazın