Şənbə , Sentyabr 19 2026
azfa

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı keçirdikləri tədbirlərin sayı artıb.

Tədbir və konfranslar Sepah və Qumdakı dini mərkəzlərin təşkilatçılığı ilə baş tutur.

Həmin tədbirlərdə iranlı mollalarla yanaşı, İranın ələ aldığı və təlimatlandırdığı Afrika qitəsindən olan qaradərili şiələr də çıxış edir, Azərbaycan Respublikasına qarşı Tehran rəsmilərinin iddialarını təkrarlayırlar.

Bu qəbildən olan tədbirlərdən birində İranın “Afrika gənclərinin nümayəndəsi” kimi qələmə verdiyi Məhəmməd Bah Azərbaycanda 5 min nəfərin şiə olduğu üçün həbsxanalara salındığını deyib.

“İşğalda olan Fələstin (İsraili nəzərdə tutur) və ABŞ-da hicab bağlamaq sərbəst olduğu halda, Azərbaycanda buna qadağa qoyulub, hicablı qadınlara şəxsiyyət vəsiqəsi və pasport verilmir”, – o iddia edib.

Tədbirdə İran hakimiyyətində təmsil olunan yüksək rütbəli mollalar, SEPAH komandirləri iştirak ediblər./Axar.az

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …