
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı milli-mədəni fəallar İran hökumətinin təyin etdiyi yerli rəsmilərin Antiazərbaycan siyasətinə etirazlarını bildirmək üçün şəhər divarlarına şüarlar yazıblar.
Azərbaycanlı fəalların yazdığı şüarlarda rejimin Güney Azərbaycan üçün təyin etdiyi yerli rəsmilərin Azərbaycan türk millətinə qarşı düşmən münasibəti Azərbaycan bölgələrinin inkişafına mane olmaları, ətraf mühitin məhv edilməsi, mədən və başqa sərvətlərin talanması, tarixi tikili və abidələrin dağılmasına laqeydlikləri, türk dili və mədəniyyətinin baykot edilməsi və s. Antiazərbaycan siyasətləri tənqid olunub.
Azərbaycanlı fəallar divarlara farsca o cümlədən yazıblar: “İranın dövlət qurumları panfarsların fikir kölələridir”, “Vali, bələdiyyə başçısı və cümə imamları Azərbaycanı məhv etmək üçün panfarsistlərlə əl-ələ veriblər”, “Yerli rəsmilər Azərbaycana düşmən kəsilib”, “İran dövlətinin təyin etdikləri nümayəndələr Azərbaycan şəhərlərinə bəla olublar” və s.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi