Şənbə , Aprel 18 2026
azfa

Ərdəbildə azərbaycanlı fəalların kitab paylama aksiyası dərs ilinin 2-ci günü siniflərdə davam edib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanda fars dilində dərs ilinin və mənəvi soyqırımın başlanmasının ikici günündə yəni sentyabr ayının 24-də azərbaycanlı milli-mədəni fəllar tərəfindən türkcə kitabların paylanması aksiyası davam edib. Azərbaycanlı milli-mədəni fəallar bu dəfə Ərdəbil şəhərinin məktəblərində məktəblilərə türk dilində kitablar paylayıblar.

Azərbaycanlı fəallar məktəblərə gedərək əvvəldən hazırlanmış türk dilində kitabları şagirdlərə hədiyyə ediblər.

Beləliklə azərbaycanlı milli-mədəni fəallar irqçi və işğalçı fars rejimin Güney Azərbaycanda mənəvi soyqırım siyasətinə öz etirazlarını bildiriblər. Fəallar həmçinin Azərbaycan türkcəsində dərslərin tədrisi məsələsəinə təkid ediblər.

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …

Bir cavab yazın