Ərdəbildə azərbaycanlı siyasi məhbus Əfşar Mühebbə azadlıq tələb edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbi şəhərində azərbaycanlı mili-mədəni fəallar duvar yazıları ilə azərbaycanlı yazaraq siyasi məhbus Əfşar Mühebbə azadlıq tələb etdilər.

Azərbaycanlı fəallar bu məqsədlə dekabrın 4-də Ərdəbil şəhərinin duvarlarında şüarlar yazmaqla rejimin Ərdəbildəki zindanında aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbus Əfşar Mühebbə dəstəklərini ifadə ediblər.

Azərbaycanlı fəallar divarlara “Azərbaycan amacları uğrunda addım atan qəhrəmanlarına hər zaman arxa dyracaq”, “Əfşar Mühebbə azadlıq”, “Zindanda aclıq edənlərin səsi olaq”, “Azərbaycanın siyasi məhbuslarına azadlıq”, “Azadlıq yolu zor amma mümkün”, “Abbas Lisani” və s. şüarlar yazıblar.

Qeyd edək ki, İran rejiminin həbs etdiyi azərbaycanlı fəal Əfşar Mühibb zindanda aclıq aksiyasına başlayıb.

Azərbaycanlı fəal yanvarın 2-də ailəsi ilə telefon dənışığında bildirib ki, müstəntiqin onun azadlığa buraxılmasına dair məhkəmə qərarını icra etməməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Azərbaycanlı milli-mədəni fəal Əfşar Muhibbin ailəsi rejimin Ərdəbildəki Ümumi və İnqilab Məhkəməsinin 3-cü şöbəsinə meüraciət edərək azərbaycanlı fəalın zaminə buraxılması üçün təyin edilən 50 milyon tümənlik vəsiqəni təqdim etmişdilər. Lakin rejimin məhkəmə rəsmilər buna qarşı çıxmışdılar. Xüsusilə həmin şöbənin rəisi Hatif Qasımzadə onlarla vəhşicəsinə davranmışdı.

Azərbaycanlı fəal dekabrın 22-də günortadan sonra yaxınları ilə telefon əlaqəsi saxlayaraq, İran rejiminin Ərdəbildəki Ümumi və İnqilab Məhkəməsinin 3-cü şöbəsinin istintaq idarəsinə çağırıldıqdan sonra “Sistemə qarşı təbliğat aparmaqda” və “Hökumətə qarşı olan müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti aparmaq”da ittiham olunaraq rejimin Ərdəbildəki mərkəzi zindanına köçürüldüyünü bildirmişdi.

Azərbaycanlı milli fəal həmçinin bildirmişdi ki, rejimin Ərdəbildəki zindanının karantin bölməsinə salınıb və zaminə buraxılması üçün 50 milyon tümənlik girov qərarı çıxarılıb.

Əfşar Muhibbin telefon əlaqəsi zamanı həbs səbəblərini izah edə bilməyib. Lakin fəalın yazdığı məqalə və paylaşımlarının ittiham olunmasına səbəb olduğu güman edilir.

Əfşar Muhibb bundan öncə 2021-ci il yanvarın 23-də iş yerindən çıxarkən rejimin ETTELAAT məmurları tərəfindən yaxalanmış və ETTELAAT təcridxanasına aparılaraq dindirilmişdi.

Azərbaycanlı fəal yaxalanma və dindirilməsi barədə məhkəmə qərarı tələb etsə də, buna məhəl qoyulmamış və səbəb də açıqlanmamışdı.

Həmçinin yoxlayın

Bu gün Güney Azərbaycanda May Qiyamının ildönümüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanda May qiyamında 16 il …

İran rejimi Təbrizdə aşkarlanan qədim tarixi abidələri dağıdır-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Təbrizin Rastaküçə bölgəsində aşkarlanan qədim tarixi …