Çərşənbə , Aprel 24 2024
azfa

Ərdəbildə ikinci gün Qarabağ torpaqlarını qurtarılması üçün dəstək mitinqi keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  sentyabrın 30-da Ciral parkında keçirilən mitinigdə İran təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi və tutuqlamalardan sonra, azərbaycanlı milli fəallar yenə də bir araya gəlib və Qarabağ qurtarma əməlliyatını dəstəklədilər.

“Bir Millət arxanızda Azərbaycan əsgəri” yazılı plakardlarla miting keçirildi.

İranın Nurduz sərhədqapısından Rusiya silahlarının Ermənistana göndərilməsi azərbaycanlıların etirazına səbəb olub.

Güney Azərbaycanda əhali Rusiya silahlarının İran vasitəsilə Ermənistana daşınmalarından videolar çəkib və sosyal medyada paylaşmaqla “Biz Azərbaycanıq”, “Rus Tırları durdurulsun” həştəglərini paylaşıblar.

Dünən Ərdəbildə keçirilən mitinqdə ermənipərəst Qriqoryan İranın Respublikasının qüvvələrini sərt və kötü müdailəsi sonucunda protestocuları döyüb azından 20 Azərbaycan milli fəalının tutuqlayıb.

Əsgər Əkbərzadə, Pərviz Siyabi,  Hüseyin Balaxani, Murtaza Pərvin, Mustafa Pərvin, Müctaba Pərvin, Hamid Heydəri Barıs, Məhəmməd Cövlani, Mehdi Huşmənd, Səccad Cövlani, Bəhmən Xeyrcu tutuqlananlar arasında adları bəlli olan fəallardırlar.

Bir həftəyə yaxındır ki, Qarabağ və Azərbaycanın başqa işğal olunmuş toraqlarında Ermənilərin atəş kəsi pozma nəticəsində savaş başlayıb.

Bu arada İran İslam Respublikasının başçıları tərəfsizlik olduqlarını bildiriblər. Erməistana göndərilən silahları bir yandan, Azərbaycan milli fəallarını tutuqlayıb təhdid etmələri də bir yandan İran başçılarının “tərəfsizlik” iddialarında şübhə yaradır.

BMT dörd qətnamə əsasında Ermənilərin Azərbaycan torpaqarını işğal etməsinə son qoyması istənilib.

Həmçinin yoxlayın

GADTB Mərkəzi Şurasının üzvü, dünya şöhrətli alim Xəlil bəy Kələntərin “İctimai TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Mərkəzi Şurasının …

İran mediası Azərbaycana qarşı təbliğatı davam etdirir

GADTB: Tinn.ir saytı “Müqəddəs Sarkis kilsəsindən Zəngəzur dəhlizinə fərqli və şok edici etiraz” adlı  qərəzli …

Bir cavab yazın