Çərşənbə , Aprel 17 2024
azfa

Ərdəbildə rejimin prokurorunun göstərişi ilə Abbas Lisaniyə qarşı qadağalar tətbiq olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə yerləşən rejimin zindanının 7-ci bölməsində həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Abbas Lisaninin ailəsinə zindanın məsulları bildiriblər ki, fəala qarşı qadağalar rejimin Ərdəbildəki ümumi və inqilab prokuroru Təbatəbainin göstərişi ilə həyata keçirilir.

Son 3 gün ərzində Abbas Lisaninin ailəsi məsələni müəyyənləşdirmək üçün Ərdəbil Prokurorluğuna müraciət ediblər. Lakin hər dəfə mühafizəçilər onlara prokurorun otağına daxil olmağa imkan verməyiblər.

Rejim Abbas Lisanini noyabrın 13-dən etibarən yaxınları ilə görüş və telefon danışığı hüququndan məhrum edib.

Son 2 ay ərzində bu azərbaycanlı fəala qarşı qəbul edilən 2-ci belə qadağadır. Bundan öncə isə Qarabağın azadlığı uğrunda Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatların ilk günlərində də Abbas bəy yaxınları ilə görüşmək və telefonla danışmaq hüququndan məhrum edilmişdi.

Bu məsələ onu göstərir ki, İran hökumətinin məhkəmə və təhlükəsizlik sistemi Abbas Lisaninin Qarabağla bağlı mesajlar verəcəyinin Azərbaycan cəmiyyətinə təsir qoyacağından nigəran olduğu bildirilir.

30 sentyabr tarixində Lisani adına fəaliyyət göstərən “Telegram” və “İnstagram” səhifələrində bir video yayınlanmışdı. Videoda həbsindən bir neçə gün öncə A.Lisani yaxın gələcəkdə işğalçı ermənilərin kabuslarının gerçəkləşəcəyini bildirirdi.

Video çıxışında Abbas Lisani bildirirdi ki; “Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan parlamentdə Dağlıq Qarabağın işğalçılarına və işğalının tərəfdarlarına Qarabağ məsələsi həll olunmasa, Cənubi Azərbaycan adlı “yatmış dev” ilə qarşılaşacağıq. Əgər o dev oyansa bizi yox edəcək.

Həmin video müraciətdə Abbas Lisani deyirdi ki, “Türk və Azərbaycan düşmənlərinə pis xəbərim var. Onlara bildirmək istəyirəm ki, yatmış dev Azərbaycan artıq oyanıbdır. İran opozisionu dekabr 2017-ci il etirazlarında Azərbaycanın siyasi çəkisini başa düzgün dəyərləndirə bilmədilər. Bu onların ciddi stratejik səhvi idi. Bu gün Azərbaycan güclü şəkildə bir neçə cəbhədə döyüşməəyə qadirdir. Bu cəbhələrdən biridə Qarabağ cəbhəsidir. Vaxtı çatanda hamı Azərbaycanın necə bir güc göstərəcəyinin şahidi olacaq.”

Həmin müraciətdən, eləcə də aksiyalara çağırışlardan bir müddət sonra Güney Azərbaycan şəhərlərtində İranın Ermənistana yardımlarına etiraz olaraq aksiyalar başlandı. Güney Azərbaycanda Azərbaycan Türk Milləti Nurduz keçid məntəqəsinin bağlanmasını tələb etmişdi.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər Tağızadənin Xural TV-də “İran İsraillə müharibəyə başlarsa, nə itirəcək, nə qazanacaq?” mövzusunda çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

On yeddi yaşlı yeniyetmə Vahid Əsğərinin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Səhənd şəhərində yaşayan 17 yaşlı məktəbli Vahid Əsğəri …

Bir cavab yazın