Çərşənbə axşamı , May 17 2022
azfa

Ərdəbildə silahlı qarşıdurma: çoxlu sayda həbs olunan var

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Yanvarın 23-ü, axşam saatlarında Ərdəbil şəhərinin Baharabad məhəlləsində silahlı qarşıdurma baş verib. Bu haqda sosial media fəalları məlumat yayıb.

Məlumatda silahlı qarşıdurmanın səbəbləri barədə dəqiq açıqlama verilmir.

Ancaq hökumətə müxalif təşkilatlar qarşıdurmanın İranın hökumət məmurları ilə yerli əhali arasında meydana gəldiyini yazırlar.

Ərdəbil şəhər prokuroru Abdullah Təbatəbayi silahlı qarşıdurmanın baş verdiyini və hadisə yerinə çox sayda silahlı güclərin cəlb edildiyini təsdiq edib.

Silahlı hadisənin “silahlı quldurlar” tərəfindən başladıldığını iddia edən Təbatəbayi hadisənin detalları ilə bağlı açıqlama verməkdən imtina edib.

O, hadisədə yerində keçirilən geniş əməliyyat nəticəsində 20 nəfərin tutulduğunu, qarşıdurmada çox sayda şəxsin iştirak etdiyi üçün bunun 80 nəfərə qədər çoxala biləcəyini, onların istintaqa cəlb edildiklərini bildirib.

Həmçinin yoxlayın

Enerji və tranzit: Tehran-İrəvan əməkdaşlığının ən mühüm sahələri

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana” istinadən yaydığı məlumata görə, İran Ermənistanla əlaqələri və əməkdaşlığını gücləndirir. …

Azərbaycan türkcəsini məhv edən İrandan məktəblərdə “fars dilini qoruma zəngi”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 40 milyondan çox türkün dilini qadağan edib, məhvə …