Ərdəbilli fəallar Heyran gədiyinin Gilan vilayətinə ilhaqına etiraz ediblər – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup ərdəbilli fəal Heyran gədiyinin zibillərini təmizləməklə Azərbaycanın bu bölgəsinin Gilan vilayətinə birləşdirilmə cəhdinə etiraz ediblər.

Qeyd edək ki, irqçi fars rejimi Heyran gədiyini Azərbaycandan ayıraraq, Gilan vilayətinə birləşdirmək üçün ciddi hərəkətə keçib. Artıq Heyran gədiyində Gilan vilayətinin rəsmiləri tərəfindən tablolar da quraşdırılıb.

Yerli əhalinin verdiyi məlumata görə, Novruz bayramı günlərində “Heyran gədiyi” məntəqəsində turistlərə xidmət göstərmək bəhanəsi ilə təxminən 15 lövhə quraşdırılıb. Gilan vilayəti rəsmiləri tərəfindən quraşdırılan lövhələr “Heyran gədiyi”ni Gilan vilayətinin ərazisi kimi göstərir. Lövhələrin üzərində “Astara heyranı”, “Gilan Əyaləti Xeyriyyə İşləri və Vəqflər İdarəsi” və “Astara Şəhəri Xeyriyyə İşləri və Vəqflər İdarəsi” kimi sözlər yazılmışdı.

İrqçi fars rejiminin Azərbaycanı parçalama siyasətinin icraçısı rolunda çıxış edən Gilan vilayəti rəsmiləri, o cümlədən Astara qubernatoru hətta Ərdəbil vilayətində yerləşən Nəmində də belə tabloları asacaqlarını qeyd etmişdi.

Azərbaycanlı fəallar isə buna etiraz olaraq tabloları dağıtmağa çalışmışdılar.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın