Çərşənbə , İyul 16 2025
azfa

Ərdoğan: “Dağlıq Qarabağda son dərəcə çətin məsələlərlə üzləşdik”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Şərqi Aralıq dənizindən Liviyaya, Suriyadan Dağlıq Qarabağa uzanan coğrafiyada son dərəcə çətin məsələlərlə üzləşdik. Qarşılaşdığımız təhdidlərin böyüklüyünə baxmayaraq, qardaşlarımızın şərəfini, ölkəmizin mənfəətlərini, əziz millətimizin haqq və hüququnu heç kəsə çeynətmərik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Türkiyənin maraqlarını müdafiə etmək üçün lazım olanda bədəlini ödədik, çətinlik çəkdik, ancaq zalımlar qarşısında əsla baş əymədik. Bu gün Türkiyə deyiləndə ağla ilk olaraq insanlıq, ədalət, heysiyyətli xarici siyasət gəlir. Ölkəmiz prinsipal, qərarlı və vicdanlı siyasəti ilə Afrikadan Asiyayadək bütün məzlum və günahsızlara ümid verir. Ay-ulduzlu al bayrağımız millətimizin bütün dünyada zülmə qarşı dik duruşunu təmsil edir”, – o qeyd edib.

Həmçinin yoxlayın

Molla rejimi öyrəncini sosial media paylaşımına görə həbs edib

GADTB: İrqçi fars-molla rejimi Təbriz Tibb Universitetinin Əczaçılıq fakültəsinin öyrəncisi və İslam Tələbə Birliyinin üzvü …

Qərbi Azərbaycan valisi: Urmiya gölünün bərpası üçün son 10 ildə heç bir təsirli iş görülməyib

GADTB: Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani konfransda Urmiya gölünün Bərpa Komitəsinin fəaliyyətinin tənqidinə cavab …

Bir cavab yazın