Ərdoğan Qarabağda hava limanının açılışında iştirak edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışında iştirak edəcək.

Bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “Haber Qlobal”a müsahibəsində deyib.

“Qarabağın azad edilmiş torpaqlarında bərpa işləri aparılır. Əgər siz il ərzində əldə edilən nəticəni görsəniz, sadəcə fəxr edərsiniz. Füzuli hava limanının tikintisinin başa çatması yaxınlaşır, tezliklə, o açılacaq. Prezident Ərdoğan da açılış mərasimində iştirak edəcək”, – deyə o bildirib.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …