Cümə , Avqust 21 2026
azfa

Azərbaycanlı milli-mədəni fəal Ruzbeh Piri vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdən olan azərbaycanlı milli-mədəni fəal Ruzbeh Piri sentyabrın 29-da 300 milyon tümənlik girov qarşılığında zaminə buraxılıb.

Bu barədə fəalın qardaşı Yaşar Piri özünün “İnstaqram” səhifəsində məlumat paylaşıb.

Yaşar Pirinin yazdığına görə, Ruzbeh Piri “Azərbaycanın qərbi dünəndən bu günə, Gələcək üçün bizim vəzifəmiz” tarix kitabçasını yazdığına görə, “Sistemə qarşı təbliğat aparmaq”da ittiham edilib.

Qeyd edək ki, azərbaycanlı fəal Ruzbeh Piri sentyabrın 9-da Təbrizdə rejimin 12 mülki geyimli təhlükəsizlik qüvvəsi tərəfindən döyülərək yaxalanmışdı. yaxalandığı zaman heç bir məhkəmə qərarı göstərilməyib. O, məmurlar tərəfindən ağır şəkildə döyülüb. Şahidlərin sözlərinə görə ağır bədən xəsarətləri alan milli fəal zorakılıqla maşına mindirilərək naməlum yerə aparılıb.

Ruzbeh Piri daha öncə də dinc fəaliyyətlərinə görə həbs və mühakimə edilib.

Ruzbeh Piri 2019-cu ilin noyabr ayında İranda baş qaldıran kütləvi etirazlar əsnasında bir çox digər milli fəalla bərabər həbs edilib, daha sonra ilkin məhkəmə tərəfindən 10 ay həbsə məhkum edilmişdi. O, nəhayət Apellyasiya məhkəməsi tərəfindən “rejimə qarşı təbliğat aparmaq” ittihamı ilə 3 ay həbs cəzasına məhkum edilmişdi.

Ruzbeh Piri kompyuter mühəndisliyi üzrə bakalavr dərəcəsi alıb və hazırda hüquq ixtisasında magistr tələbəsidir.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …