Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Əhərin Qaracalı qayaüstü Urartu kitabəsi milli irs siyahısına salınıb

GADTB: Şərqi Azərbaycan Mədəni İrs, Turizm və Əl İşləri Baş İdarəsinin rəhbəri Əhərin Qaracalı qayaüstü kitabəsinin daşınmaz milli irs nümunələrinin qeydiyyatı üzrə Şuranın son iclasında milli irs siyahısına daxil edildiyini açıqlayıb.

Bununla da Qaracalı kitabəsi Şərqi Azərbaycanda milli irs siyahısına daxil edilən beşinci Urartu kitabəsi olub.

Qeyd edək ki, Qaracalı Urartu qayaüstü yazısı 18 mart 2022-ci il tarixində aşkar edilib. Kitabənin Urartu hökmdarı II Argişti dövründə, ehtimal ki, e.ə. 713-cü ildən sonra yazıldığı bildirilir.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …