Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Təbrizdə saxlanılan Tufarqandan olan azərbaycanlı fəal Gözəl Nəcəfinin taleyindən xəbər yoxdur

GADTB: Tufarqan (Azərşəhr) şəhərindən olan azərbaycanlı türk qadın Gözəl Nəcəfi 22 gündür bu şəhərdə saxlanılır və indiyədək onun harada saxlanıldığı və fiziki vəziyyəti barədə heç bir məlumat əldə edilməyib.

Məlumata görə, Gözəl Nəcəfi türk dili, ana dilində təhsilə diqqət yetirilməsinin zəruriliyi və Azərbaycanın ekoloji problemləri, o cümlədən Urmiya gölünün vəziyyəti ilə bağlı yazılar və materiallar yayımlayıb.

Bu azərbaycanlı ana 23 avqust 2026-cı il tarixində saxlanılıb və bir həftə Tufarqanda həbsdə tutulub. Daha sonra Təbrizə köçürülüb və həmin vaxtdan etibarən onun vəziyyəti və harada saxlanılması barədə heç bir məlumat yayılmayıb.

Qeyd edək ki, 50 yaşlı Gözəl Nəcəfi xəstəlikdən əziyyət çəkir və müalicə və tibbi nəzarətə ehtiyacı var. Bu vəziyyət onun səhhəti ilə bağlı narahatlıqları daha da artırıb.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …