Şənbə , Avqust 15 2026
azfa

Əli Babayi 12 günlük təkadamlıq kameradan sonra Təbriz Mərkəzi Həbsxanasının xüsusi bölməsinə köçürüldü

GADTB: Güney Azərbaycan Milli Hərəkatının fəalı və siyasi məhbus Əli Babayi 12 gün təkadamlıq kamerada saxlanıldıqdan sonra Təbriz Mərkəzi Həbsxanasının xüsusi bölməsinə köçürülüb.

Əli Babayi bundan əvvəl həbsxanada siyasi məhbusların hüquqlarını müdafiə etdiyi və digər məhbuslara qarşı rəftarla bağlı etiraz etdiyi üçün Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən döyülərək təkadamlıq kameraya salınmışdı. O, təkadamlıq kamerada saxlanıldığı müddətdə ictimai telefondan istifadə və ailəsi ilə əlaqə saxlamaq hüququndan da məhrum edilmişdi.

Yayılan məlumatlara görə, Təbriz Kəşfiyyat İdarəsi və digər təhlükəsizlik qurumları son aylarda Əli Babayi və onun ailəsinə davamlı psixoloji təzyiqlər göstəriblər. Siyasi məhbus siyasi məhbusların hüquqlarını müdafiə etdiyinə görə dəfələrlə müxtəlif məhdudiyyətlər və təhlükəsizlik təzyiqləri ilə üzləşib.

Əli Babayi aylardır Təbriz Mərkəzi Həbsxanasında saxlanılır. O, bundan əvvəl də Yürüş Mehrəlibəylinin həbsxananın xüsusi bölməsinə köçürülməsinə etiraz olaraq təxminən 60 siyasi məhbusla birlikdə aclıq aksiyasına başlamışdı.

Bundan başqa, əvvəlki cinayət işi ilə yanaşı, hazırda onun barəsində “rejim əleyhinə təbliğat” ittihamı ilə yeni cinayət işi də açılıb.

Həmçinin yoxlayın

Tramp: İran rejiminin məğlubiyyətindən sonra Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm

GADTB: ABŞ Prezidenti Donald Tramp avqustun 14-də Lonq-Aylendin Qarden-Siti şəhərində çıxışı zamanı ABŞ-ın Hörmüz boğazına …

Təbrizli sənətçiyə bu dəfə Babək Xürrəmdin tamaşasına görə cümə namazı xütbəsindən təhdid

GADTB: Təbriz imam-cüməsi və Şərqi Azərbaycan üzrə Vəli-fəqihin nümayəndəsi Əhməd Mütəhəri-Əsl 23 mordad tarixində cümə …