Cümə , Sentyabr 18 2026
azfa

Ermənistan qırıcıları İranın “Yasin” bombaları ilə təchiz edilib

GADTB: Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Su-30SM qırıcıları İran istehsalı “Yasin” idarə olunan bombaları ilə təchiz olunub. Bu haqda “Defa Press” xəbər verir.

Ötən günlərdə İrəvanda keçirilən hərbi paradda İranın “Yasin” idarə olunan bombaları ilə təchiz olunmuş Su-30SM qırıcıları nümayiş etdirilib. Nəşr bunu Ermənistan və İran arasında hərbi-texniki əməkdaşlığın genişlənməsinin göstəricisi kimi qiymətləndirib.

Bildirilir ki, Rusiya ilə münasibətlərin soyuması və Moskvanın Ukrayna müharibəsinə cəlb olunması fonunda Ermənistan Hindistan, Fransa, İran və digər ölkələrlə müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə çalışır.

Məlumata görə, “Yasin” idarə olunan bombası İran Aerokosmik Sənayesi Təşkilatı tərəfindən hazırlanıb. Təxminən 300 kilogram ağırlığında olan sursat 225 kg döyüş başlığı ilə təchiz edilib və peyk-ətalət əsaslı idarəetmə sistemi ilə hədəfə yönləndirilir./Azad İran

Həmçinin yoxlayın

Razılıq almaq və rəsmi rəvayəti təhrif etmək üçün saxlanılan yeniyetmənin ailəsinə təzyiq və təhdidlər olur

GADTB: Təbrizdə bir yeniyetməyə polis əməkdaşlarının kobud və alçaldıcı davranışını əks etdirən görüntülərin yayılmasından sonra …

Munir: Məkkə paktının işə salınması üçün tələb olunan vəziyyətin yarandığını düşünürəm

GADTB: Asim Munir bir xəbər şəbəkəsinə müsahibəsində bildirib ki, Məkkə sazişi “çox aydın mövqe” müəyyən …