Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Əli Babayi siyasi məhbusları müdafiə etdikdən sonra təkadamlıq kameraya köçürüldü

GADTB: Təbriz Mərkəzi Həbsxanasından daxil olan məlumatlara görə, Əli Babayi digər siyasi məhbuslara qarşı rəftarın və təzyiqlərin qarşısını almağa çalışdıqdan sonra təhlükəsizlik əməkdaşları tərəfindən döyülərək təkadamlıq kameraya yerləşdirilib.

Məlumatlara əsasən, fəalın ictimai telefondan istifadə və ailəsi ilə əlaqə saxlamaq hüququ da məhdudlaşdırılıb. Məlumatlı mənbələrin bildirdiyinə görə, son günlər siyasi məhbuslara qarşı nəzarət və məhdudiyyətlər artırılıb və Əli Babayi bu addımlara etiraz edərək məhbus yoldaşlarını müdafiə edib.

Bir neçə aydır Təbriz Mərkəzi Həbsxanasında saxlanılan Əli Babayi bu müddət ərzində siyasi məhbusların hüquqlarını müdafiə etdiyinə görə dəfələrlə təhlükəsizlik qurumlarının təzyiqi və sorğuları ilə üzləşib.

O, daha əvvəl Yuruş Mehrəlibəylunun xüsusi bölməyə köçürülməsinə etiraz olaraq təxminən 60 siyasi məhbusla birlikdə aclıq aksiyası keçirmişdi.

Hazırda Əli Babayi həbsdə saxlanılmaqla yanaşı, ona qarşı irəli sürülmüş “sistem əleyhinə təbliğat aparmaq” ittihamı üzrə yeni cinayət işi ilə də üz-üzədir.

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …