Əli Babayının məhkəmə hökmü apellyasiya məhkəməsində qüvvədə saxlanılıb

GADTB: Güney azərbaycanlı fəal Əli Babayı bildirib ki, barəsində seçilmiş həbs qətimkan tədbirinin dörd ay ərzində dəfələrlə uzadılmasından sonra onun son iş üzrə 3 il 7 ay həbs cəzası qüvvədə saxlanılıb və yekunlaşıb.

Əli Babayı 1404-cü ilin dey ayında Təbrizdə rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı. O, müvəqqəti həbs müddətini başa vurduqdan sonra girov qarşılığında azadlığa buraxılmışdı. Onun işi Təbriz və Güney Azərbaycanın digər şəhərlərində milli və mədəni fəallarına qarşı aparılan genişmiqyaslı təzyiq prosesinin bir hissəsi kimi qiymətləndirilir. Həmin fəallar təhlükəsizlik ittihamları ilə təqib olunublar.

Əli Babayı Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsində digər bir sıra türk azərbaycanlı fəallarla birlikdə ortaq iş çərçivəsində mühakimə olunmuşdu. İlkin hökmə əsasən, o, “ölkənin təhlükəsizliyinə qarşı toplaşma və əlbir olma” və “qanunsuz qrupda üzvlük” kimi ittihamlarla qarşılaşmışdı. Barəsində çıxarılan ümumi həbs cəzasının 6 ildən artıq olduğu bildirilirdi.

Son yayılan məlumata əsasən, onun icrası nəzərdə tutulan yekun cəzası 3 il 7 ay həbs olaraq elan edilib.

Həmçinin yoxlayın

Körfəz Əməkdaşlıq Şurasının baş katibi: İran İslam Respublikası rejimi müharibənin tərəfi olmayan ölkələrə hücum edib

GADTB: Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Bədəvi 2026-cı il oktyabrın 31-də …

Xameneyi İran ordusuna yeni hərbi göstərişlər verdi

GADTB: Bu gün İranın ali rəhbəri Müctəba Xameneyi ilə Silahlı Qüvvələrinin yüksək rütbəli komandanları arasında …