Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam şəkildə nəzarət altına alınıb.

Şərqi Azərbaycan valiliyinin Böhran İdarəetmə Baş İdarəsinin rəhbəri Məcid Fərşinin sözlərinə görə, yanğının söndürülməsi əməliyyatında Marağa yanğınsöndürmə qüvvələri ilə yanaşı Əcəbşir və Məlikkənd kimi qonşu şəhərlərdən də dəstək qrupları iştirak edib. Yanğının tam söndürülməsi ilə onun digər bölmələrə və yaxınlıqdakı istehsal sahələrinə yayılmasının qarşısı alınıb.

Fərşi bildirib ki, bu hadisə nəticəsində heç bir can itkisi qeydə alınmayıb; lakin yanğının söndürülməsi əməliyyatı zamanı 13 nəfər yanğınsöndürən və xilasedici yüngül xəsarət və tüstüdən zəhərlənmə alıb. Onlar hadisə yerində olan təcili yardım əməkdaşları tərəfindən ambulator şəkildə müalicə olunaraq buraxılıblar.

Qeyd edək ki, Marağada mühərrik yağı istehsalı zavod bu bölgənin uğurlu sənaye müəssisələrindən biri hesab olunur. Özəl sektor tərəfindən 2008-ci ildə fəaliyyətə başlayan müəssisə 450 nəfərin məşğulluğunu təmin edir və məhsullarını dünyanın 14 ölkəsinə ixrac edir. Hadisənin nə səbəbdən baş verdiyi hələlik məlum deyil.

Həmçinin yoxlayın

Körfəz Əməkdaşlıq Şurasının baş katibi: İran İslam Respublikası rejimi müharibənin tərəfi olmayan ölkələrə hücum edib

GADTB: Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Bədəvi 2026-cı il oktyabrın 31-də …

Xameneyi İran ordusuna yeni hərbi göstərişlər verdi

GADTB: Bu gün İranın ali rəhbəri Müctəba Xameneyi ilə Silahlı Qüvvələrinin yüksək rütbəli komandanları arasında …